Milli fəal Rəhim Qulami yenidən məhkəməyə çağırılıb

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Rəhim Qulami yenidən Əhər şəhərindəki İran mollakratiya rejiminin “İnqilab Məhkəməsinə çağırılıb.

Rəhim Qulamiyə gələn çağırşa əsasən, milli fəal “mollakratiya rejiminin təhlükəsizliyini pozmaq məqsədi ilə siyasi və qruplara üzv olmaq” kimi qondarma ittihamlara cavab vermək üçün o, 2017 ci il avqust ayının 8-də (Təbriz vaxtla saat 10:00-da ) məhkəməyə çıxmalıdır.
Xatırladaq Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri sayılan Rəhim Qulami həm də araşdırmacı, jurnalist və şair kimi tanınır. Rəhim Qulami 2014-cü il fevral ayının  20-də Güney Azərbaycanın Əhər şəhərində “Uluslararası Ana Dili Günü” münasibəti ilə keçirilən yığıncaqda təxminən 80 nəfər Güney Azərbaycan Milli Hərəkatının fəalları İran mollakratiya rejiminin Ettelaat və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıbdır. Məhz bu olaydan sonra, Rəhim Qulami daim rejim tərəfindən təqiblərə və təzyiqlərə məruz qalır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:34