Milli fəal Nasir Xülusi Təbriz zindanına köçürülüb

İran mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatına qarşı sərt mövqeyini davam etdirir

Fevralın 14-də Güney Azərbaycan Milli Hərəkatının hal hazırda həbsdə olan milli fəalı Nasir Xülusi İran mollakratiya rejiminin “Sepahe Pasdaran İttilaat”a (İslam İnqilabının Keşikçiləri Ordusu) məxsus həbsxanadan Təbrizin mərkəzi zindanına köçürülüb.

Xatrırladaq 23 yanvar 2017ci ildə Güney Azərbaycanlı Milli Hərəkatının fəalı Nasir Xülusi İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi kimi tanınabn “İttilaat” quvvələri tərəfindən Təbrizdən Urmuya səfər edərkən tutulub və naməlum istiqamətə aparımışdı. Onun taleyi ilə xeyli müddət nə ailəsi, nə də yaxınları bilgisiz qalmışlar. Sonucda bəlli olmuşdur ki, Nasir Xülusi heç bir suçu olmadan tutuqlanıb. Beləliklə də milli fəalın hüquq və azadlığının qorunması yönündə Güney Azərbaycan Milli Hərəkatı uluslararası insan haqları təşkilatları ilə təmasa keçiblər. Bununla da Nasir Xülusinin uydurma ittihamlarla edam edilməsi, uzun vədəli həbsə məhkum olması kimi gözlənilən problemlərin qarşısı alınmışdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

09:27