Milli fəal İsrafil Fətullahzadə yenidə məhkəməyə çağrılıb

 

Son 10 gündə ikinci dəfə olaraq Güney Azərbaycan Milli Hərəkatının fəalı İsrafil Fətullahzadə məhkəməyə çağrılıb. Milli fəala gələn çağrış bəlgəsinə əsasən, 5 gün ərzində (13 martdan öncə) özünü İran mollakratiya rejiminin Əhər şəhərindəki “İnqilab Məhkəməsi”nə tanıdırmalıdır .

Məhkəmə savcısısının hazırladığı dosyaya görə 5 gün içində milli fəal məhkəmədə hazır olub və özünün son mudafiə və savunmasını “ölkə təhlükəsizliyini pozmaq və İran adlanan ölkənin milli əmniyyətini təhlükəyə atmaq” ittihamları qarşısında sunmalıdır.

Xatırladaq ki, son bir həftə içində Tehran mollakratiya rejimi Güney Azərbaycanın Əhər, Xiyav, Ərdəbil şəhərlərindən olan onlarla sayda milli fəallara məhkəməyə çağrış bəlgəsi yollayıb. Milli fəalların məhkəməyə çağrılmalarının səbəblərindən biri də 2014- ci ilin  noyabr ayında Güney Azərbaycanda baş verən milli qiyamda iştirak və eyni zamanda xiyaban eyləmlərinə qatılmaqda günahlandırılıblar. O da bəllidir ki, bu olaylar heçdən yaranmamışdır. Tehranda dövlət televiziya kanallarının birində “Fitilə” adlı uşaqlar üçün yayınlanan proqramda Güney Azərbaycan Türklərini aşağılayan mövzulara görə bütünlükdə xalq ayağa qalxmışdı. Tehran, Qəzvin, Zəngan, Həmədan, Qoşaçay, Xoy, Urmu, Sulduz, Ərdəbil, Meşkin, Miyana, Mərənd, Zunuz və başqa şəhərlərdə “Rədd olsun fars şovinizmi, dəf olsun paniranizm” şüarları səsləndirilmişdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”  

10:13