Milli fəal Hamid Allahverdipur da məhkəməyə çağırıldı.

 

Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri kimi bilinən Hamid Allahverdipur İran mollakratiya rejimi tərəfindən “İnqilab Məhkəməsi”nə çağırılıb. Sulduz şəhərindən “XUDAFERİN.EU”-ya daxil olan bilgiyə görə, Hamid Allahverdipur heç bir suçu olmadan yenidən məhkəmədə hakim qarşısına çıxarılacaqdır.

Tehran mollakratiya rejiminin özəl cəzalar haqqında qərarlar çıxarmaqda tanınan “Əhər İnqilab Məhkəməsi”nin savcılığı bu yöndə daha geniş şəkildə bilinməkdədir. Elə həmin Əhər “İnqilab Məhkəməsi”nin savcılığı tərəfindən telefon mesaj ilə Hamid Allahverdipur  məhkəməyə dəvət olunub. Rejim savcısılığının verdiyi telefon çağrışı əsasında Hamid Allahverdipur 5 gün içində özünü Əhərdəki “İran İslam İnqilab Məhkəməsi”nə tanıtmalı və hakim qarşısına çıxmalıdır.
Onu da bildirək ki, 2015-ci il noyabrın 9-da fars şovinizmi və irqçiliyinə qarşı Güney Azərbaycanın bütün şəhərlərində günlərcə davam edən milli eyləmlər və etirazlar baş verdiyində mili fəal Hamid Allahverdipur da digər milli fəallar kimi bu prosesdə fəallıq göstərmişdir. Sonucda 32 nəfər soydaşımızla birlikdə İran mollakratiya rejiminin ən qorxulu və hərbiləşdirilmiş özəl təşkilatı kimi bilinən “Ettelaat” tərəfindən Əhər şəhərində tutuqlanmışdı. Ona qarşı irəli sürülən ittihamlarda bildirilirdi ki: “İranın təhlükəsizliyini pozmağa cəhd göstərmək və milli əmniyyəti təhlükəyə atmaq” ən ağır suçdur. Bu saxta ittihamlarla Hamid Allahverdipur günlərlə “Ettelaat”ın zindanlarında istintaq və işgəncəyə məruz qaldıqdan sonra maddi təzminat ödəmək qarşılığında müvvəqəti olaraq azad olunmuşdu.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

11:17