Milli fəal Əbuləziz Əzimi Qədim “Evin” zindanına köçürülüb

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı və görkəmli din xadimi Əbuləziz Əzimi Qədim neçə müddətdir tutuqlu saxlanılır. Ötən həftənin son günlərində gizli şəkildə onu İran mollakratiya rejiminin dəhşət saçan “Evin” zindanının 209-cu bölməsindən (təkdamlıq) ümumi bölməsinə köçürülüb. Milli fəal bu haqda ailəsi ilə çox qısa telefon əlaqəsi saxlayaraq bilgi verib.

O da bəllidir ki, görkəmli din xadimi Əbuləziz Əzimi Qədim “aqillik, incələmə və əməl” adlı “Teleqram” kanalında rejimə qarşı fəaliyətdə bulunmaq və İranın rəsmi televiziya kanallarında Türk millərini təhqir edənlərin rəsmi şəkildə müdafiə olunduqlarına görə rejimə etiraz etmək kimi qondarma ittihamlarla üzləşibdir.

Xatırladaq milli fəal Əbduləziz Əzimi Qədim 4 aydan çoxdur ki Tehranın “Evin” cəza evində həbsdə saxlanılır. O, 2017-ci il yanvar ayının 7-dəngünümüzədək,bir dəfə Xanımı və qızı ilə qısa görüş xaricində heç kimsə ilə görşdürülməyib. İran mollakratiya rejiminin özü də bu haqda heç bir məlumat paylaşmaq istəmir. Milli-siyasi fəal bundan öncə “İran-Ermənistan əlaqələri”nə etiraz olaraq düzənlənən Marağa şəhərindəki mitinqdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmış və həbs və işgəncəyə məruz qalmışdır. Həmin mitinqdə Əbuləziz Əzimi Qədim heç kimsədən çəkinmədən “Qarabağ bir Türk torpağıdır. Tehran rejimi antitürk siyasətinə görə Ermənistanla strateji uzantılara önəm verir. Bunun özü həm Quzey Azərbaycan, həm də Güney Azərbaycan üçün bir xəyanət siyasətidir” kimi çox ciddi ittihamlar səsləndirmişdi.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbir Bürosu”

 

06:26