Məhkəmə Turan agentliyinin iddiasının təmin edilməsini mümkünsüz sayıb

 

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasının təmin edilməsini mümkünsüz hesab edib.

İddiada 2010-2017-ci illər üçün agentlikdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz tanınması xahiş edilib. Sədrlik edən hakim Müseyib Bayramov iddianı məqbul saymayıb və səyyar yoxlamanın inzibati akt olmaması və ondan şikayət verilməməsilə bağlı Vergilər Nazirliyinin nümayəndəsinin vəsatətinəəsaslanıb. Beləliklə, məhkəmə faktiki olaraq iddiaya baxılması ilə bağlı məsuliyyəti öz üzərindən atıb, iddiaya baxılmasını Apellyasiya Məhkəməsinin öhdəsinə buraxıb.

Vəkil Fuad Ağayev cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib. O deyib ki, Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı ildə təsdiülədiyi “Səyyar vergi yoxlamalarının icraatı qaydaları”na əsasən vergi ödəyicisi 30 gün müddətində yoxlama barədə qərardan şikayət vermək hüququna malikdir. F.Ağayev qeyd edib ki, iddiaçı Apellyasiya Məhkəməsinə müraciət edəcək və apellyasiya şikayətinə baxılması üçün ən azı bir ay lazım gələcək.

Turan agentliyinin digər iddiasına, agentliyə qarşı cinayət işinin açılması barədə 7 avqust tarixli qərarın qanunsuz olması ilə bağlı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iddiasına baxılması isə dekabrın 5-nə keçirilib. Turan Vergilər Nazirliyinin və məhkəmənin hərəkətlərini agentliyə və onun direktoru Mehman Əliyevə qarşı cinayət təqiblərinin uzadılması, kollektivin jurnalist fəaliyyətinə əngəl yaradılması kimi qiymətləndirir.

Amerikaninsesi.org

09:23