Məhkəmə qərar verdi: İş yerlərində hicab qadağan edildi

 

Avropa Ədalət Məhkəməsi iş yerlərindəki əməkdaşların dini simvol daşıyan geyimlərinə qadağa qoyulması ilə bağlı tələbləri müsbət cavanlandırıb. Avropa Birliyi ölkələrində çalışanlar üçün yeni qadağa gündəmə gəlib.

Yeni qadağadan ən çox Avropadakı müsəlmanların əziyyət çəkəcəyi və iş yerlərində dini geyimlər, o cümlədən baş örtüsünə qadağa qoyulacağı gözlənilir. Belə ki, əməkdaşların dini geyimlərinə iş yerində qadağa qoyula biləcəyi barədə müraciətə Avropa Ədalət Məhkəməsindən müsbət qərar çıxıb. Avropa Ədalət Məhkəməsi iş yerində dini simvollu geyimlərlə bağlı hökmünü verib. Qərarla məhkəmə iş yerlərində əməkdaşlara tətbiq ediləcək geyim qadağasını mümkün hesab edib. Yeni qərara əsasən, iş yerlərində əməkdaşlara dini simvollu geyimlər qadağan oluna bilər. Yeni qərarın çıxarılmasına aparan yol isə Belçikadan başlayıb. Belə ki, Belçika vətəndaşı olan Samira Achibata adlı müsəlman qadın iş yerində 3 illik fəaliyyətdən sonra hicablanıb.

Şirkət isə onun dini geyimdə işə gəlməsini qadağan edib. Bu qərarla razılaşmayan xanım əməkdaş məhkəməyə müraciət edib. İşdən çıxarılması müqabilində təzminat istəyən qadına Belçikadakı müsəlman əhali və bəzi təşkilatlar dəstək verib. Xanımın müraciəti Avropada ən yüksək məhkəmə orqanına Lüksemburqda yerləşən Ədalət Məhkəməsinə göndərilib. Məhkəmə işə baxaraq iş yerlərində əməkdaşlara dini simvollu gymlərin qadağan edilməsinin mümkünlüyünü bildirən qərar verib.

Xəzər

Cebhe.info

 

09:59