Məhkəmə media eksperti ilə bağlı işə xitam verildi

 

Bakının Yasamal Rayon Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başa çatıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət təqibinə xitam verilib. Hakim tərəflərin məhkəməyə gəlməməsini əsas götürüb.

Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsi tamamilə məntiqə uygun nəticədir.

Media eksperti Qulu Məhərrəmli 2016-cı ilin fevralında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-ni və qurumun sədri Arif Alışanovutənqid edib. Arif Alışanov məhkəməyə müraciət edərək mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını vvə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
Qeyd edək ki, Qulu Məhərrəmlinin AZ TV kanalının rəhbərliyi haqqında səsləndirdiyi sərt fikirlər bu günə kimi təkzib olunmayıb. Faktiki olaraq, Qulu Məhərrəmlinin mətbuata verdiyi açıqlamalara qarşı AZ TV-nin direktoru Arif Alışanov bürokrat mövqeyindən sui istifadə edərək bu adımları atmışdı.  

Xudaferin.eu
 

 

08:44