Məhkəmə jurnalistin apellyasiya şikayətini təmin etməyib

 

Bakı Apellyasiya Məhkəməsi Kanal 13 internet televiyasının Baki bürosunun rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimknan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayəti təmin etməyib. Bu barədə vəkilı Cavad Cavadov facebook səhifəsində yazıb.

Avqustun 29-da Bakının Nəsimi rayon Məhkəməsi Kanal 13 İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin dekabrın 17-dək (3 ay) uzadılması barədə qərar qəbul edib. “Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib. Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Amerikaninsesi.org

10:40