Məhkəmə ADR-in Ədliyyə Nazirliyinə qarşı şikayətini icraata götürüb

 

Məhkəmə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə qarşı şikayətini icraata götürüb.
 

ADR sədrinin müavini Ellada Məmmədlinin verdiyi xəbərə görə, şikayətə mayın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə baxlacaq.

Qeyd edək ki, ADR dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib, lakin nazirlik müraciətə müsbət cavab verməyib. Bundan sonra hərəkatın sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verib. Ümumiyyətlə Azərbaycanda son on ildə vətəndaş cəmiyyəti təşkilatlarının, ictimai qurumların və siyasi partiyaların qeydiyyatı məsələsində Ədliyyə nazirliyi qədər hüquqpozma siyasəti yürüdən ikinci qurum yoxdur. Bu nazirliyin bürokratik əngəllər və süründürməçilik adına apardığı siyasətə dünyanın heç bir ölkəsində rast gəlinməz.

Xudaferin.eu

06:27