Məhbub Tişə: “Şəhər Şuraları qolu-qanadı vurulmuş bir qurumdur”

 

“Bunun adını boykot qoymayaq. Amma fəallar və ziyalılar İslam Respublikasının siyasi gerçəklərini topluma açıqlamalıdırlar. İqtisadi problemləri, Urmu Gölünün qurumasını, seçkilər ərəfəsində siyasi fəallarımızın həbsdə olduğunu anlatmalıdırlar,” deyə Məhbub Tişə “Amerikanın Səsi” radiosu ilə söhbətdə qarşıdan gələn Şəhər Şuraları seçkilərinə dair münasibət bildirir.

İran adlı bir ölkədə da İslami Şəhər və Kənd Şuraları seçkiləri may ayının 19-da prezident seçkiləri ilə birgə keçiriləcək. Güney Azərbaycanda milli fəalların bir hissəsi şura namizədləri arasında milli hərəkatın tələblərinə müsbət yanaşanları dəstəkləməyin faydalı olduğu qənaətindədirlər. Əyalət və Vilayət Əncümənləri bir növ məhəlli muxtariyyət anlamı daşıyırdılar. İndi onun qolu qanadı vurulub, çox kiçik fəaliyyət sahəsi olan bir quruma enib.

Məhbub Tişə isə seçki kampaniyaları zamanı yaradılan nisbi açıq atmosferdən istifadə edərək milli hərəkatın söyləm (diskusiya) və tələblərini gündəmə gətirmək şəklində seçkilərdə iştirak etməyə üstünlük verir: “Milli fəal və ziyalı olaraq bizim birinci vəzifəmiz budur ki, İrandakı siyasi şəraiti toplum və kütləyə açıqlayaq. Bu anlamda ki, İslam Respublikası gələndən bu yana seçkilər nə şəkildə keçirilib və onun bizə gətirdiyi nə olub... Bunun gətirdiyi bu olub ki, milli hərəkatın sahə və hövzəsi daralıbdır,” deyə siyasi fəal qeyd edir.

Onun söylədiklərinə görə, “prezident və məclis seçkilərində sahə daralıb. Keçmişdə [İran Azərbaycanında] Əkbər Ələmi və Dr. Çöhrəqanlı namizəd olublar. Bu gün amma səviyyə daha aşağıya düşüb. Elə ki, İslam Respublikasına daha çox sadiq olanlar namizəd olurlar.”

Tişə seçkilərə iştirak mövzusu ilə əlaqədar hakimiyyətin milli hərəkatı yönləndirmək istiqamətində yürütdüyü siyasətə də diqqət çəkir. “Hakimiyyət Azərbaycan Milli Hərəkatını kontrollu bir şəkildə öz istədiyi kimi yönəltmək istəyir,” deyə o ifadə edir.

Keçmişdə Güney Azərbaycanda Əkbər Ələmi və Dr. Mahmudəli Çöhrəqanlı namizəd olublar. Bu gün amma səviyyə daha aşağıya düşüb. Elə ki, İslam Respublikasına daha çox sadiq olanlar namizəd olurlar. O, həmçinin Şəhər Şuralarının daha yüksək mövqedə olan dövlət qurumlarının nəzarəti altında fəaliyyət göstərdiyini önə çəkərək şura üzvlərinin o qədər də nüfuz sahibi olmadığını deyir.

“Şəhər Şuraları mövzusunun tarixi bir keçmişi vardır. Amma keçmişdəki Əyalət və Vilayət Əncümənləri bir növ məhəlli muxtariyyət anlamı daşıyırdılar. İndi onun qolu qanadı vurulub, çox kiçik fəaliyyət sahəsi olan bir quruma enib,” deyə Məhbub Tişə əlavə edir.

İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər vasitəsilə müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifəsi Bələdiyyə Başqanının təyini, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.

Amerikaninsesi.org

06:12