“Məhəbbət əfsanəsi” baleti yenidən Sankt-Peterburq səhnəsində

Martın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, yaddaqalan melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. İllüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulub.

Qeyd edək ki, Azərbaycan balet məktəbinin bu ünlü əsəri yeganə tamaşadır ki, dünyanın 60-dan çox ölkəsinin səhnəsində oynanılmışdır. “Məhəbbət əfsanəsi” baletinin librettosu XX yüzilin dahi şairlərindən biri kimi tanınan Nazim Hikmətindir.

Xudaferin.eu

 

09:40