“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

Yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. APA-nın teatrın saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də baş tutacaq nümayişdə Fərhad rolunda həmyerlimiz Timur Əsgərov çıxış edəcək. 12 yanvar tarixində repertuara daxil edilən səhnə əsərində isə Fərhad rolunu Andrey Yermakov, Şirin rolunu Yelena Yevseyeva ifa edəcək. Tamaşanın dirijoru Boris Qruzindir.

Qeyd edək ki, Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi baletin premyerası 1961-ci martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariin Teatrında keçirilib. O zamandan indiyə kimi bu məşhur balet əsəri dünyanın 50-dən çox ölkəsinin səhnəsində tamaşaya qoyulub. Son 30 ildə isə min dəfələrlə təəsüflər olsun ki, bu məşhur əsər Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından çıxarılıb. Arif Məlikovun “Məhəbbət Əfsanəsi” baleti Türk Dünyasında yeganə balet əsəridir ki,  bunca dünyada şöhrət qazanıb.

Xudaferin.eu

13:53