“Məhəbbət əfsanəsi” baleti Başkortstan səhnəsində

Yanvarın 14-də Başkortostan Respublikasının paytaxtı Ufada, Başkortostan Dövlət Opera və Balet Teatrında xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baletinin premyerası olacaq. Bu barədə teatrın saytı ətraflı məlumat yerləşdirib. Teatrdan verilən xəbərə görə səhnə əsərinin quruluşçu dirijoru Başkortostanın əməkdar incəsənət xadimi German Kimdir.

Qeyd edək ki, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Bundan sonra, məşhur balet əsəri dünyanın 65 ölkəsinin səhnəsində oynanılıb. Mİn dəfələrlə təəssüflər olsun ki, 1988-ci ildə mədəniyyət naziri vəzifəsinə təyin olunan Polad Bülbüloğlunun nazir olduğu dönəmdən bu günə kimi, dünya şöhrətli milli bəstəçimiz Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin oynanılması yasaq edilib. Dövlət Akademik Opera və Balet Teatrında bu əsər ötən yüzilin 80-ci illərinin sonundan etibarən Azərbaycan səhnəsində yasaq edilib. Mədəniyyət məmurlarının görkəmli bəstəçi Arif Məlikova olan bu münasibəti həm də peşəkar musiqi və teatr sənətimizə olan ögey münasibətdəön yaranmışdır. Təəssüflər olsun ki, indiki mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də keçmiş nazir Polad Bülbüloğlunun bu ənənəsini davam etdirir.

Xudaferin.eu

16:57