Məğrur və məğlub edilməz Zemfira ana

Rövşən Cavadov ziyarətində, Zemfira xanım mənə yaxınlaşaraq səninlə görüşməyəcəm, səni bağrıma basacam deyib qucaqladı məni...!!! Zemfira xanımın gözlərində, Rövşən Cavadova olan sevgisini görmək insanı qürurlandırır...!!! 

Mən hər zaman çalışdığım qədər Cavadovlar haqqında yazmışam. Mənim Qəhrəmanım Rövşən Cavadovdur...!!! Bu günki, qəhrəmanım isə Rövşən Cavadovun həyat yoldaşı Zemfira Cavadovadır!!! Zemfira xanım xüsusi ilə laçınlıların sevimlisidir! Çünki, Zemfira xanım laçınlıların gəlinidir!!! Rövşən Cavadov kimi şəxsiyyətin həyat yoldaşı olmaq, xoşbəxt olmaqla yanaşı, çətin qayğılı olmaq deməkdir. Güclü xanım sözünü eşidəndə ilk ağlıma gələn isimlərdən biri Zamfira xanımın isimidir!!! Məğrur əsla zəif olmayan, bu həyatda aldığı amansız zərbələrə qarşı dözümlü olub ayaqda durmağı bacaran güclü, qürurlu Zemfira xanım haqqında düşünməmək mümkün deyil!!! Bə'zən Zemfira xanım, Rövşən Cavadovun səssiz, soyuq baş daşına baxıb, axı niyə bizi qoyub getdin deməsini gözlərindən oxumamaq mümkün deyil...!!! Hər zaman Zemfira xanım Rövşən Cavadovu evdən yola salanda özünü qoru, deməsi təsadüf deyildi...!!! Ömür-gün yoldaşını tanıyan Zemfira xanım Rövşən Cavadovun Vətənimizə olan sevgisinə, çılğınlığına bələd idi... Bir gün novruz bayramında, çərşənbə süfrəsindən Rövşən Cavadov məlum danışıqlar istiqamətinə getdi... Hər zaman ki, kimi Rövşən Cavadovu uğurlayan Zemfira xanım çooox nigaran idi.. Sanki, bu gediş son gedişdir kimi əvvəlcədən hiss edirdi... Rövşən Cavadov Şəhid oldu...!!!  Cavadovlar ailəsinin ağır yükü Zemfira xanımın çiyinlərində qaldı... Rövşən Cavadov kimi həyat yoldaşı itirən, Zemfira xanım Rövşən Cavadovun əmanətlərinə sahiblənib onları qorumalı idi.. Bu ağır yükü öz üzərinə götürüb əlindən gələni sona qədər elədi.. Laçın Cavadovu Azərbaycandan uzaqlara göndərdi... Laçının təhsil alıb, işləməsi üçün əlindən gələni etdi... Güclü yenilməz Zemfira xanım övladının oxumasına, ailə qurmasına nail oldu...Laçın çox çılğın, vətənpərvər gənc idi... Atası Rövşən Cavadov kimi Vətənimiz üçün canından keçməyə hazır idi... Laçın Cavadovun təkidlə (Bu haqqda ətraflı yazım olacaq) Azərbycandan getməsinə nail olanlar istədiklərinı nail oldular. Bir gün amansız həyat Zemfira xanıma qarşı, yenə amansız oldu.. Laçın Cavadovun müəmmalı qətlinin xəbəri gəldi.. Zemfira xanımın fəryadı dağları titrədirdi.. Rövşən Cavadov kimi Qəhrəmanı itirən Zemfira xanım, oğlu Laçını itiridi.. Bütün  ağrılı-acılı həyat yolu Zemfira xanımı məğlub edə bilmədi... Bu gün Zemfira xanım ayaqdadır, Rövşən Cavadov sevgisinə sadiqdir...!!! Zemfira xanımın Rövşən Cavadova olan sevgisini, Zemfira xanımın gözlərinə baxmaqla görmək mümkündür...!!! Tarix öz dəyərini verəcək... Məğrur və məğlub edilməz Zemfira ana haqqında hər zaman danışılacaq...!!!

Yusif Samiloglu

xudaferin.eu

02:48