Merkel: “Əsəd dövrü bitməlidir və Əsədin İdlibdə etdikləri qətliamdır”

 

Bu barədə jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib.

“ABŞ-ın Suriyaya hücumu başa düşülməlidir. Artıq Suriyada Əsəd dövrü sona yetməlidir. Əsəd dövrünü demokratik yollarla bitirmək lazımdır” – deyə o bildirib.
Qeyd edək ki, Suriyada İran və Rusiyanın da verdiyi dəstəklər əsasında bas vermiş dəhşət saçan qanlı terrorlar və cinayətlər haqqında Avropa ölkələrinin KİV-lərində xeyli türkürpədici faktlar ortaya çıxmaqdadır. Hətta bəzi ölkələrin mətbuatında, özəlliklə də televiziya kanallarında canlı görüntülər belə, nümayiş etdirilməkdədir. Qərb ölkələrinin KİV-lərinə sızan Suriyada baş vermiş bir çox ilginc terror eyləmləri faktiki olaraq, böyük bir heyrətlə insanlar tərəfindən izlənilməkdədir. Artıq Avropa ölkələrinin mətbuatında sadəcə İŞID, DEAŞ və digər sünnü məzhəbli terror təşkilatlarının deyil, bununla yanaşı həm də İran mollakratiya rejimi tərəfindən idarə olunan “Hezbollah”çı terror qruplarının da qətllərinin üstü açılmaqdadır. Buna görə də Suriyada Bəşər Əsəd diktator rejiminə dəstək verən Rusiya və İran ciddi şəkildə qınanılmaqdadır.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”  

 

20:34