Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

 

 

Meksikanın Veracruz əyalətində restorana basqın edən silahlı şəxslər 4-ü uşaq olmaqla 11 nəfəri öldürüb.

Veracruz əyalətinin qubernatoru Migel Angel Yunes sosial mediada yaydığı videoda, əyalətin Cardel şəhərində bir restoranda yemək yeyən və aralarında ştatın federal polis rəisi Camilo Castagne ilə 4 uşağın da olduğu 11 nəfərin öldürüldüyünü açıqlayıb.

Cinayəti törədənləri “əjdaha və alçaq” kimi qiymətləndirən Yunes, ölkədəki mütəşəkkil cinayətkarların üzərinə gedəcəyinə dair verdiyi sözü təkrarlayıb. O, "Nə olursa olsun, hər şeyi edəcəyik. Veracruz bu heyvanların əsiri olmayacaq", deyib. Qeyd edək ki, Veracruzda altı il ərzində ən azı 11 jurnalist öldürülüb.

Xudaferin.eu
“Amerika Bürosu”

10:07