Meksikada daha bir jurnalist öldürülüb

Jurnalist Ruben Pata Meksikanın Kankun şəhərində qətlə yetirilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Kintana-Roo ştatının hakimiyyət dairələri məlumat yayıb.

Pat səhər saatlarında Solidaridad bələdiyyəsində güllələnib.

Daha öncə isə Mexikoda 80 yaşlı jurnalist Luis Pers Qarsiya öz evində qarət zamanı qətlə yetirilib.

2017-ci ildə Meksikada 12 jurnalist öldürülüb, 2018-ci ilin geridə qalan dövrü ərzində isə - artıq 11 media təmsilçisi zorakılığın qurbanı olub.

Xudaferin.eu

12:31