Mehriban Vəzir hava limanında ciddi yoxlamaya məruz qalıb

Məşhur yazar Mehriban Vəzir martın 7-də Türkiyəyə uçarkən ciddi yoxlamaya məruz qalıb

“Türkiyəyə uçurdum, aeroportda əsassız yoxlamalara məruz qaldım”. Bunu tanınmış yazar Mehriban Vəzir “Azadlıq Radiosu”na bildirib.

“Bu ilk dəfə deyil, son üç ildə demək olar ki, tez-tez belə yoxlamalara məruz qalıram. Bir də görürsən, apardığın çemodanlar ciddi yoxlanılır, soruşursan da açıqlama vermirlər. Amma bu son 3 ildə QHT sektorunda çalışmağımla bağlı məsələdir. Özünə də açıqlama vermirlər ki, biləsən ki, problem nədən ibarətdir”.

M.Vəzir artıq Türkiyədə olduğunu bildirib və problem olmadığını deyib: “Yaxşı da gəldim, Türkiyədəyəm, bəs buranın aeroport sistemində niyə belə yoxlamalar olmur, məgər bu ölkəyə gələn-gedən yoxdur, deməli məsələ vətəndaşa münasibətdədir”.

pia.az

01:19