Mehman Qələndərovun anım günü

 

Bakının Xətai rayonunda “Xəyalə” mərasim zalında bloger Mehman Qələndərovun anım mərasimi keçirilib. Mərasimdə çoxsaylı jurnalistlər, blogerlər, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, siyasi partiya rəhbərləri, ictimai xadimlər iştirak edib. Mərhumun ruhuna dualar oxunub.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, demokratik ictimaiyyət hakimiyyətin Mehman Qələndərovun ölüm faktını ört-basdır etməsinə imkan verməyib. Vətəndaş fəallarının etirazları və KİV-də dərc edilən yazıların sayəsində məsələ genişləndi, həm də təkcə Azərbaycanda yox, bütün dünyada. ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatların nümayəndələri hakimiyyəti M.Qələndərovun ölüm işinin araşdırılmasına çağıran xüsusi bəyanatlarla çıxış etdilər.

“Biz Mehman Qələndərovun ölümünün səbəblərinin araşdırılması, onu həbs edənlərin və işgəncə verənlərin məsuliyyətə cəlb olunması üçün səylərimizi davam etdirəcəyik. Mehman siyasi məhbus idi, çünki onun həbsinə vicdan məhbusları Bayram Məmmədov və Qiyas İbrahimovla həmrəyliyi səbəb olmuşdu”, O.Gülalıyev qeyd edib.

Amerikaninsesi.org

09:22