Mehman Əliyev hakimiyyət üçün baş ağrısına çevrilir

 

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi beynəlxalq təşkilatlar və dövlətlərin dərin narahatlığına səbəb olub və bu həftə ABŞ senat komitəsində Azərbaycana qarşı sansksiyaların təklifi ilə nəticələnib. Senator Richard Durbin-in təklifi hələ ki, qanuni qüvvə daşımasa da, Azərbaycan rəsmiləri buna təəssüf etdklərini deyiblər. "Turan"ın məlumatına görə, səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələrilə təqsirləndirilən və bu ittihamları təkzib edən jurnalistin bu günə təşkil edildiyi məhkəmə sentyabrın 11-nə təxirə salınıb. 13-17 sentyabrda isə, Azərbaycana "siyasi" və "vicdan" məhbuslarını azad etməyə tövsiyə edən Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbycan üzrə həmməruzəçilərinin səfəri keçiriləcək. Beynəlxalq insan hüquqları təşkilatı Amnesty İnternational Mehman Əliyevin "vicdan məhbusu" olduğunu bəyan edib. Senator Richard Durbin Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinin ABŞ-a girişini qadağan etmək istəyir

"Heç də dost olmayan təklif"

ABŞ-da Senatın Ödəniş Komitəsinin üzvü, Richard Durbin, komitənin hazırladığı qanun layihəsinə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinin ABŞ-a girişini qadağan edən bir təklif daxil edib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, bu addımın sadəcə "reallıqdan kənar" olan "fərdi təşəbbüs" olduğunu deyib. O, ABŞ və Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu,inkişaf etdiyini və "müsbət dinamika"ya sahib olduğunu bildirərək ABŞ-da Azərabycana qarşı təşəbbüslərin arxasında "Erməni lobbiçilərinin" olduğunu iddia edib.

ABŞ-ın George Mason Universitetində siyasət üzrə profesor və ABŞ-ın Azərbaycana keçmiş səfiri Richard Kauzlarich isə təklifin Azərbaycanda insan hüquqları vəziyyətinə dair ABŞ-da mövcud olan həqiqi narahatlıqların göstəricilərindən biri olduğu qənaətindədir.

O, Mehman Əliyevin həbsinin "çox pis" addım olduğunu deyərək, Turan İnformasiya Agentliyinin Azərbaycanda "müstəqil səslərdən sonuncusu olduğu təəssüratı yarandığını" vurğulayıb. Cənab Kazularich Mehman Əliyevin həbsinə həm Trump administrasiyasının Dövlət Departamentindən həm də ki, xarici işlər büdcəsinə təklif edilən dəyişikliyin ABŞ-da hiss olunan bu narahatlıqların getdikcə artıdğını və nadir olmadığını göstərdiyini qeyd edib.

"Bu bir nağıl deyil"

 

"Təəssüf ki, sanskiyalar insan hüquqları pozuntularını aradan qaldırmaq üçün ABŞ-ın əlində olan yeganə üsuldur", o, əlavə edib. Bu təşşəbbüslərin araxasında Erməni lobbiçilərinin olduğu ittihamına münasibətində isə, cənab Kauzlarich deyib: "Əlbəttə ki, Erməni mətbuatında buna sevinirlər və düşünürlər ki, düşmənin əziyyət çəkməsi yaxşı bir şeydir və Konqresdə ABŞ-ın erməni əsilli əhalisinin mövqeylərini əks edən bir qrup var."

"Lakin [siyasi dairələrdə] Azərbaycan barədə həqiqətən narahat olanlar var. Bu bir nağıl deyil, həbsdə zorakılıqla üzləşən insanlar var."

"Onlar özlərinin "bunların hamısının arxasında ermənilərdir" təbliğatlarına inansalar onda həqiqi problemlər olacaq. Çünki bu o deməkdir ki, onlar bu məsələnin mahiyyətini anlamırlar", o, əlavə edib.

Lakin Richard Kauzlarich həmçinin bu təklifin ABŞ-Azərbaycan əlaqələrinə böyük təsiri olmayacağına inandığını deyib və Azərbaycan hökumətinə yönələn iddiaların təxribat və saxta olduğunu deyənlərə bu tövsiyəni verib: "Azərbaycan ABŞ-da korrupsiyanı araşdırsaydı, mən əslində şad olardım, çünki həm Azərbaycan həm də ki, Ermənistan üçün bu pis xəbərlə nəticələnərdi. ABŞ-da araşdırın - bu əla olardı. Mən bilirəm ki, hazırda bir neçə QHT bizim öz korrupsiyamızı araşdırır." Monitorinq komitəsinin həmməruzəçilərinin Azərbaycan barədə növbəti hesabatı AŞPA-da oktyabr ayında müzakirə ediləcək

AŞPA-dan Azərbaycana səfər
 

ABŞ-daki təşəbbüsdən başqa, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbycan üzrə həmməruzəçiləri avstriyalı Stefan Schennach və rumınyalı Cezar Florin Preda Azərbaycana növbəti səfərlərini sentyabrın 13-də başlayacaqlar. Monitorinq komitəsində təqdim edilən hesabatın ilkin versiyasında Azərbaycanda ""siyasi məhbus"/"vicdan məhbusları" adlanan" şəxslərin azad edilməsi tövsiyə edilir və bildirilib ki, səfərin məqsədi hesabatın tapıntı və tövsiyələrini dövlət nümayəndələri və vətəndaş cəmiyyətilə müzakirə etməkdir. Mehman Əliyevin həbsindən sonra, həmməruzəçi Stefan Shennach, onun "dərhal azad edilməsini" tələb edib. Bir çox insan hüquqları təşkilatları, bu cağırışı dəstəkləyirlər və beynəlxalq insan hüquqları təşkilatı Amnesty International Mehman Əliyevin "vicdan məhbusu" olduğunu bəyan edib.

Həmməruzəçilərin hazırladığı hesabatın yekunlaşmış forması üzrə qətnamə oktyabr ayında AŞPA-da səsverməyə təqdim ediləcək.

Hurriyyet.org

10:23