Mehman Hüseynovun məhkəməsi davam edib

 

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynovun vəkilləri çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. M. Hüseynov isə çıxışında təqsiri olmadığını deyib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Məhkəmənin qərarı aprelin 12-də elan ediləcək.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Cebhe.info

 

06:41