Media "kralı" şəhərin mərkəzində güllələndi: Altından İran çıxdı

 

Türkiyədə bir çox TV kanallarının sahibi, İran əsilli Səid Kərimian və ortağı Məhəmməd Əl Almurairinin qətlinin arxasından İran Xalq Mücahidləri çıxıb.

Türkiyə mətbuatı bildirir ki, qətl İstanbulun Sariyer məhəlləsində törədilib. İngiltərə vətəndaşı olan Səid Kərimian Gem TV-nin sahibidir və küveytli ortağı ilə birgə Türkiyəyə səfər edib. Onların olduğu avtomobilin qarşısını kəsən naməlum şəxslər hər ikisini güllə atəşinə tutub. Nəticədə hər iki şəxs dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, iranlı iş adamı əvvəllər Xalq Mücahidləri ilə sıx əlaqədə olub. Lakin son zamanlar onların münasibəti demək olar ki, kəsilib. Buna görə də cinayətin arxasında Xalq Mücahidlərinin çıxması ehtimalı güclüdür. Məlumata görə, Xalq Mücahidləri Səid Kərimianı 30 il əvvəl himayəyə götürüb. İran inqilabına qarşı çıxan ata Kərimian öldürüldükdən sonra oğlu Səid Kərimian Xalq Mücahidləri tərəfindən dəstəklənib. Səid Kərimian təhsil məqəsdilə İrandan çıxarılıb. Daha sonra isə uğurlu biznes qurub və Xalq Mücahidləri ilə əlaqəsini davam etdirib. Ancaq son zamanlar bu əlaqələri kəsməyə cəhd göstərib. Ölənlərin ailəri isə qətldə İran rejimi günahlandırır. S.Kərimianın ölümü ilə milyonlarla dollar dəyəri olan TV layihələri yarımçıq qalıb.

Xəzər

Cebhe.info

 

09:32