Matteo Renzi yenidən Demokratlar Partiyasının sədri seçilib

 

Aprelin 30-da İtaliyada keçirilən seçkilərdə keçmiş Baş nazir Matteo Renzi yenidən Demokratlar Partiyasının sədri seçilib.

Seçkilərdən əvvəl keçirilən rəy sorğularında da Matteo Renzi favorit göstərilirdi.

Səsvermədə 1,9-2 milyona yaxın seçici iştirak edib ki, bu da əvvəlki seçkidəkindən (təxminən 3 milyon) xeyli az olub.
Qeyd edək ki, İtaliyada seçkilər ərəfəsində siyasi güclərin reytinq əmsalına əhali arasında çox yüksək səviyyədə önəm verilir. Bunun da əsas səbəblərindən biri seçki sonrası qalib olacaq siyasi gücün ölkə üçün hansı prioritetləri ortaya qoyacağına əhali daha çox önəm verir. Demokratlar Partiyasının seçki öncəsi qurultay keçirərək yeni liderlərini seçməsi heç də təsadüfi sayılmamalıdır. Matteo Renzi yenidən partiyanın sədri seçilməsi həm də ölkənin sabit və dayanıqlı siyasət yürüdəcəyinə açıq şəkildə bir işarədir.

Xudaferin.eu
“Avropa Bürosu”

 

20:19