Martin Schulz Sosial Demokrat Partiyasının sədri seçildi

 

Almaniyada Sosial Demokrat Partiyanın sədri kimi Avropa Parlamentinin keçmiş sədri Martin Schulz (Martin Şults) seçilib.

Martin Schulz 605 səsin hamısını götürərək Sosial Demokrat Partiyasının sədri olub.

İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Almaniyada Sosial Demokrat Partiyası konqresində ilk dəfə bir siyasətçi bu nisbətdə səs toplayaraq sədr seçilmişdir.

Schulz 24 sentyabrda keçirilən parlament seçkilərində Xristian Demokratların kansler namizədi Angela Merkelə qarşı yarışacaq. Təşəkkür çıxışında seçkilərdən birinci partiya olaraq çıxma hədəfini təkrarlayan Schulz ədalət, hörmət və ləyaqət məfhumlarının seçki kampaniyasının əsas mövzusu olacağını söyləyib. Martin Schulz 2012-2017 illəri arasında 2 dövr Avropa Parlamentinin sədri vəzifəsini icra etdi.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

 

10:11