Marsel şəhərində naməlum şəxslər iki nəfəri güllələyib

Marsel şəhərində mayın 26-na keçən gecə iki nəfər naməlum şəxslərin “Kalaşnikov” avtomatından açdığı atəş nəticəsində həlak olub.

Xudaferin.eu TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident şəhərin şimal məhəllələrindən birində, yerli idman klubunun binasında baş verib. Cinayətkarlar təxminən 30 yaşda olan iki kişini güllələyiblər. İşin istintaqını cinayət polisi aparır. Hələlik atəş açanların kimliyi, onların motivləri və hazırda olduqları yer barədə məlumatlar yoxdur. İlkin və əsas versiya kimi, cinayətin kriminal fəaliyyətlə bağlılığı araşdırılır.

Bu, bir həftə ərzində kriminogen durumun qeyri-qənaətbəxş olduğu Marsel şəhərində avtomatdan atəş açılmaqla baş verən ikinci oxşar insidentdir. Hazırkı hadisə Fransanın daxili işlər naziri Jerar Kollonun şəhərə planlaşdırılmamış səfərindən təxminən bir sutka sonra qeydə alınıb.

Xudaferin.eu 

13:55