Marketlərə xəbərdarlıq: Bu gündən ərzaqlar yenə bahalaşacaq

Ərzaq məhsullarının yenidən bahalaşacağı barədə məlumatı şəhərin müxtəlif ərazilərindəki  satıcılar verib. Belə ki, satıcılar noyabrın 15-dən etibarən əksər ərzaq məhsullarının qiymətlərində artımlar olacağına dair xəbərdarlıq aldıqlarını və  hazırlıqların aparıldığını bildiriblər.  Market sahiblərinin dediyinə görə, qiymətlərin qalxması onlardan asılı olmayan səbələrdən baş verir: “Qiymətlərin bahalaşmasını  şirkət nümayəndələri bildirib. Hələlik yeni qiymətlər təqdim edilməyib, amma bahalaşma olacağı deyilib”. 

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb. Cari ilin 10 ayı ərzində ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz artıb.

Alçina Amilqızı
(Cebhe.info)

10:09