Mark Sukerberq fikir gücü ilə mətn yığan sistemin hazırlanması planını təsdiqləyib

 

“Facebook”un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin fikir gücü ilə mətn yığa bilən sistemin hazırlanması üzrə işlər apardığını təsdiqləyib.

Sukerberq belə sistemin hazırlanmasını fikir mübadiləsi texnologiyasının yaradılması istiqamətində ilk addım adlandırıb. Onun sözlərinə görə, insan beyni hər saniyədə dörd HD-film yayımı üçün yetərli olan məlumat həcmini generasiya edir. Lakin öz xüsusiyyətlərinə görə XX əsrin 80-ci illərindəki modemin imkanları ilə müqayisə edilə biləcək nitq hələ ki, dünyaya informasiya ötürülməsi üçün ən yaxşı vasitə olaraq qalır.

Xudaferin.eu
“Avropa Bürosu”

06:37