“Mariya-2” səhnəsində Timur Əsgərovun iştirakı ilə “Park” baleti nümayiş etdiriləcək

 

Oktyabrın 4-də və 5-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində “Park” baleti nümayiş etdiriləcək. Oktyabrın 4-də səhnə əsərində balet artisti Timur Əsgərov çıxış edəcək.

 

V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Xudaferin.eu
RF. “Sankt-Peterburq Bürosu”

11:41