Marin Le Pen cinayətkar qondarma DQR separatçıları dəstəkləyib

“Qarabağ Ermənistana birləşdirilməlidir” - Həmsədr ölkə, erməni seçicilər və Kəlbəcərin qızılı hekayəsi

 

Fransa prezidentliyinə namizəd Marin Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın işğal edilmiş ərazisinin Ermənistana birləşdirilməsinin zəruri olduğunu söyləyib. Bu barədə o, “Nouvelles d`Armenie” saytına müsahibə verib. Digər erməni mənbələri də bu müsahibədən çıxarışlar dərc edərək yayırlar. “SSRİ-nin dağılmasından sonra sərhədlər beynəlxalq sərhədlərə çevrildi. Lakin DQR-in (işğal edilmiş Azərbaycan torpaqlarında yerləşən separatçı qurum nəzərdə tutulur – red.) müstəqil olmağındansa, Ermənistanla Azərbaycan arasında razılıq əldə edilməsi ilə Dağlıq Qarabağın ermənistana birləşdirilməsi daha doğru olardı. Fransa Yaxın Şərqdə xristianların müdafiəçisi kimi lider rolunu bərpa eləməlidir”. Marin Le Pen qondarma “soyqırımı” “qurbanı” olan ermənilərin xatirəsini daim yad elədiyini də bəyan edib.

Le Pen daha sonra Fransada seçici sayı artan ermənilərə yaltaqlanmaqda davam edib: “2015-ci ildə Fransaya xeyli erməninin gəlməsi də ölkənin həyatında mühüm hadisəyə çevrilib, onlar Birinci Dünya müharibəsindən sonra ölkənin bərpasına böyük töfhə veriblər və nümunəvi şəkildə assimilyasiya olublar” (əcəba, Marin Le Pen xanımın Hitlerin erməni ordusundan xəbəri yoxdurmu? – red.).

Erməni seçicilərinin bəyəndiyi açıqlamaları verdikdən sonra Le Pen onu da deyib ki, “erməni soyqırımı” gününün Fransanın əlamətdar günləri təqviminə salınmasını düzgün hesab eləmir, çünki burada ancaq fransız xalqının kollektiv yaddaş günləri qeyd edilə bilər. Bununla belə, o, qondarma “soyqırımı”nın beynəlxalq səbiyyədə tanınmasını çox vacib hesab elədiyini bildirib.

Qeyd edək ki, Fransa prezidentliyinə namizədlər ölkədəki erməni lobbisinə yarınmaq üçün bir-biri ilə yarışırlar. Bu günlərdə “Nouvelles d`Armenie” aprel döyüşləri barədə suala vaba verərkən Azərbaycanı öz qanuni və tarixi ərazisi olan “Dağlıq Qarabağı güc hesabına tutmaq cəhdi”ndə ittiham eləmişdi.

Fransa ATƏT-in sərhəd gəzintiləri ilə məşhur olan Mink qrupunun həmsədridir və özünü taleyimizi həll eləmək səlahiyyətinə malik hesab edənlərdəndir. Fransanın Qarabağ məsələsindəki maraqları isə təkcə ölkədəki güclü erməni lobbisi məsələsi ilə bitmir. Mənzərəni daha da aydınlaşdırmaq üçün “təkrar biliyin anasıdır” deyərək, oxucularımıza vaxtilə saytımızda erməni mətbuatından çevirdiyimiz bir yazını təqdim edirik.

"Qarabağ qızılı gizli yolla Rusiya ilə Fransaya aparılır!” – ermənilərdən etiraf
 

Karvaçarsk ilə Kaşataqa çevrilən Kəlbəcər ilə Laçının qızıl qanlı qara günləri
 

“30-dan artıq erməni şirkəti Dağlıq Qarabağda qızıl və digər resurslar tədarük edir. Qızıl çıxarılması ilə məşğul olan şirkətlərdən biri (FDM) bu regionda 2001-ci ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət o vaxtdan bəri 16 ton, təkcə 2008-ci ildə 4 min tondan artıq qızıl çıxarıb.”

“Və ən maraqlısı. Fransız mənbələrin gətirdiyi dəlillərə görə, Dağlıq Qarabağdakı qızılçıxaran avadanlığın əksəriyyəti Qarabağa Rusiya və Fransadan aparılır. Yalnız sadəlövh insan fikirləşə bilər ki, bu, Rusiya və Fransa hökumətlərinin icazəsi olmadan baş verib. Dağlıq Qarabağın yüksək vəzifəli məmurlarının ətrafını və bəzi Moskva məmurlarının kabinetlərini bəzəyən 5 kiloqramlıq Qarabağ qızılı külçələri barədə kəsilməyən şayiələri və bizim regiondakı geosiyasi vəziyyəti, nəzərə alsaq, belə bir şey sadəcə mümkün deyil...”

Lragir.am saytında “Qarabağ qızılı gizli yolla Rusiya ilə Fransaya aparılır!” başlığı altında qondarma DQR respublikası ordusunun iqtisadi miskinliyi və “Üçüncü Qüvvə Plus” qəzetinin bağlanması barədə material çap edilib. Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərindəki zəngin qızıl yataqlarının erməni məmurları və onların xaricdəki cinayətkar yoldaşları tərəfindən talan edilməsi məsələsinə də toxunulub.

Bu məqaləni oxuduqda insanda belə bir fikir oyanır ki, Dağıq Qarabağın Azərbaycanın ixtiyarından çıxması və indiki kimi havadan asılı qondarma bir statusa malik olması, münaqişənin sürünən formada illərlə uzanması, regionun qanundan-hüquqdan məhrum bir vəziyyətdə qalması müəyyən qüvvələrə, hətta müəyyən güc qütblərinə sərf edir.

Hurriyyet.org məqalədən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinin talan edilən təbii sərvətləri barədə məlumatlatları diqqətinizə çatdırır.

Vaqram Ağacanyanın yuxarıda adı çəkilən məqaləsində yazılıb: “Biz artıq oxucularımıza rusiyalı araşdırmaçı, iqtisadi elmlər namizədi Aleksey Baliyevin iddialarını çatdırmışdıq: “30-dan artıq erməni şirkəti Dağlıq Qarabağda qızıl və digər resurslar tədarük edir. Qızıl çıxarılması ilə məşğul olan şirkətlərdən biri (FDM) bu regionda 2001-ci ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət o vaxtdan bəri 16 ton, təkcə 2008-ci ildə isə 4 min tondan artıq qızıl çıxarıb.

Onun sözlərinə görə, “Dağlıq Qarabağda cəmi 155 xammal yatağı tədqiq edilir. Onlar əsasən sənaye ehtiyatlarına malikdirlər. Burada 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun, 1 sink, 14 əlvan daş, 9 gips, 4 mərmər-tuf, 10 mineral su, 7 müalicəvi palçıq mədəni var.

Tanınmamış Dağlıq Qarabağ respublikasının sənaye nazirliyinin 2008-ci il məlumatlarına görə, “hələ qədim zamanlardan bəri burada bir çox metal növlərinin, xüsusilə də sink, qurğuşun, mis, qızıl, boz kolçedan, dəmir aşkar edilib. Regionda həmçinin, bir çox mərmər və müxtəlif rəng çalarları olan mərmərləşmiş əhəngdaşı yataqları var. Burada həmçinin, qranit, bazalt, tuf və qrafit istehsalı üçün xammal yataqları var”.

Lakin bu, hələ hamısı deyil.
 

Moskvanın məşhur “Geologix Group” şirkəti faydalı qazıntıların axtarışı və kəşfiyyatı, mühəndis araşdırmaları, layihələndirmələri üzrə ixtisaslaşıb. Bu şirkətin təsisçiləri – 30 yaşlı Nikita Koçev də Pavel Kopıtin “Sekret firmı” jurnalının müxbiri Nastya Çernikovaya müsahibələrində Dağlıq Qarabağda irimiqyaslı qızıl çıxarılışı layihəsini gerçəkləşdirmək niyyətində olduqlarını bildirmişdilər. Koçev ilə Kopıtin jurnalistə bildirblər ki, onlara Ermənistanda qızıl çıxarmaq üçün lisenziya almaq təklifi edilib. Elə məhz onda da başqa bir yatağa – Dağlıq Qarabağdakı mədənə nəzər salmaq ideyası yaranıb.

N.Çernikova jurnalda çap edilən materialda yazır: “Sovet dövründə, Şaumyan (Karvaçarsk-Kəlbəcər – V.A) rayonunda aparılmış ekspedisiyadan sonra bəlli olub ki, DQR rayonlarında 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 mln ton mis, 660 000 ton qurğuşun və digər metal ehtiyatları var. Bu yatağı əldə etmək asandan da asan oldu – tanınmamış respublikada demək olar ki, rəqabət yox dərəcəsindədir. Mədənlərin sahibləri Dağlıq Qarabağ hakimiyyətinin nümayəndələridir, onlar da tərəfdaşları DQ prezidenti Bako Saakyanıa görüşə dəvət ediblər”.

Rusiya müəssisəsinin rəhbərləri Koçev və Kopıtin jurnalistə deyiblər ki, onların şirkəti hələ 2015-ci ilin yayında Dağlıq Qarabağdan sənaye üsulu ilə qızıl çıxarmağı planlaşdırırmışlar. Bu “çıxarmaq” məsələsinin başlanıb-başlanmaması barədə məlumat isə “nəyə görəsə” yeddi qıfıl arxasındadır...

Biz bu məlumatları DQR (qondarma separatçı qurum nəzərdə tutulur – red.) prezidentinin mətbuat xidmətinə yönəldirik və xahiş edirik ki, Rusiya ekspertlərinin və KİV-nin məlumatlarını təkzib edərək, onu dezinformasiya adlandırsınlar, yaxud da ictimaiyyətə məlumat versinlər ki, minimum 16 ton Qarabağ qızılının hər bir kiloqramı nəyə xərclənib. Onun nə qədəri müdafiənin ehtiyaclarına gedib, nə qədəri DQR-dəki Afrika maaşlarının və təqaüdlərinin ödənilməsinə sərf olunub (bu maaş və təqaüdləri yerli qiymətlərlə müqayisə edən hər bir gəlmə insan şok keçirir). Əgər xərclənməyibsə, bəs onlar haradadırlar?

Bir daha xatırladırıq ki, iqtisadi elmlər namizədi Aleksey Balıyevin bildirdiyinə görə, Ermənistanın təkcə bir qızılçıxaran şirkəti (FDM) 2001-ci ildən bəri 16 tondan artıq, təkcə 2008-ci ildə isə 4 tondan artıq qızıl əldə edib. Onun sözlərinə görə, Qarabağda belə şirkətlərin sayı 30-dan artıqdır.

Oxucularımıza təklif edirik ki, 16 ton qızılın reallaşdırılmasından nə qədər tank, zirehli jilet, gecə görüşü cihazı və digər avadanlıq almağın mümkün olduğunu hesablasınlar. Hələ ki, söhbət 16 ton qızıldan gedir. Lakin axı SSRİ-nin məlumatına görə Dağlıq Qarabağın təkcə Karvaçarsk (Kəlbəcər – red.) və Kaşataq (Laçın – red.) rayonlarında 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 mln ton mis, 660 min ton qurğuşun və digər metal ehtiyatlar var idi.

Və ən maraqlısı. fransız mənbələrin gətirdiyi dəlillərə görə, Dağlıq Qarabağdakı qızılçıxaran avadanlığın əksəriyyəti Qarabağa Rusiya və Fransadan aparılır. Yalnız sadəlövh insan fikirləşə bilər ki, bu, Rusiya və Fransa hökumətlərinin icazəsi olmadan baş verib. Dağlıq Qarabağın yüksək vəzifəli məmurlarının ətrafını və bəzi Moskva məmurlarının kabinetlərini bəzəyən 5 kiloqramlıq Qarabağ qızılı külçələri barədə kəsilməyən şayiələri və bizim regiondakı geosiyasi vəziyyəti, nəzərə alsaq, belə bir şey sadəcə mümkün deyil... Yuxarıda deyilənlərdən və DQR-in (Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim nəzərdə tutulur) mətbuat haqqında qanunundan çıxış edərək Dağlıq Qarabağın (separatçı rejim – red.) prezidentinin mətbuat xidmətindən və baş nazirinindən xahiş edirik ki, aşağıdakı suallara cavab versinlər.

1. Rusiyalı tədqiqatçı, iqtisad elmləri namizədi Alkesey Baliyevin “Dağlıq Qarabağda 30-dan artıq erməni şirkəti qızıl və digər resurslar əldə edirlər” məlumatı həqiqətə uyğundurmu?

2. Digər bir rusiyalı mənbənin – “Sekret Firmı” jurnalının Moskvanın faydalı qazıntıların axtarışı və kəşfiyyatı, mühəndis araşdırmaları, layihələndirmələri üzrə ixtisaslaşan tanınmış “Geologix Group”şirkətinin Dağlıq Qarabağda irimiqyaslı qızıl çıxarılışına başlamaq niyyətində olduğu barədə verdiyi xəbər həqiqətə uyğundurmu?

3. Ermənistanın bir qızılçıxarma şirkətinin 2001-ci ildə 16 tondan artıq, təkcə 2008-ci ildə 4 ton qızıl çıxardığı barədə məlumat həqiqətə uyğundurmu? Əgər belədirsə, onda tonlarla Qarabağ qızılı hara gedib və niyə onlar Dağlıq Qarabağ vətəndaşlarının 99%-nin həyatına və maddi rifahına heç bir təsir göstərməyib?

4. Rusiya və Fransa hakimiyyətlərinin – Dağlıq Qarabağ rəhbərliyinin köməyi ilə - onlarla ton Qarabağ qızılını gizli şəkildə ölkə sərhədlərindən çıxardıqları barədə Dağlıq Qarabağda kəsilmək bilməyən şayiələr həqiqətə uyğundurmu?

Dağlıq Qarabağın (separatçı rejim nəzərdə tutulur – red.) prezidentinin mətbuat xidmətindən və baş nazirinindən sorğumuza cavab almağımıza şox şad olardıq və DQR-in mətbuat haqqında qanununda yazıldığı kimi, onların istənilən cavabını öz səhifələrimizdə nəşr etməyi öhdəmizə götürürük.
 

Vaqram AĞACANYAN

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti və Fransa XİN səyləri ilə bağladılmış “Üçüncü Qüvvə Plyus” qəzetinin baş redaktoru”.
 

Yəqin ki, Qarabağ qızılını daşıyanlar “Oğrudan oğruya halaldır” prinsipi ilə işləyirlər. Ermənilər imperial maraqların əllərində maşa olduqlarını hələ anlamayıblarmı? Qarabağ torpaqlarını xarici qüvvələrin dəstəyi ilə işğal edəndə, himayədarlarının öz mənfəətlərini güddüklərindən xəbərsiz kimi davranırlar. Hələ Azərbaycanın işğal edilmiş təbii sərvətlərindən onun özünə qarşı silah qaldırmaq üçün istifadə etmək niyyətindədirlər.

Tərcümə Hurriyyet.org-undur

21:50