Mançesterdə atışma: 10 yaralı – VİDEO

Bazar günü Mançesterdə baş verən atışma nəticəsində ən azından 10 nəfər yaralanıb.

Xudaferin.eu bu barədə “Sky News”a istinadla xəbər verir.

“Bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, lakin onların həyatına heç bir təhlükə yoxdur”, - Britaniya polisindən bildiriblər.

Qeyd olunur ki, atışmadan bir neçə saat öncə Moss-Sayd rayonunda Karib karnavalı keçirilib.
Hadisənin digər təfərrüatları haqqında açıqlanma verilmir. Araşdırma davam edir.

Xudaferin.eu


 

13:33