Manatı ölmüş Azərbaycan neftsiz ölkəyə çevrilir

Ötən il Ceyhan limanından Azərbaycan neftinin nəqli 15%-dən çox azalıb. SOCAR tərəfindən 2016-cı ildə Novorossiysk limanından ixrac olunan neftin həcmi 4,1% azalıb. Azərbaycan bu gedişlə qeyri-neft ölkəsinə çevrilməkdədir. Ölkə, əsasən, bu iki istiqamət üzrə neft ixrac edir, hər iki istiqamətdə də ciddi azalma var. Nefti unudun deyib, amma neftin qiymətinin qalxmasına dua edən hökumət çətin durumla qarşılaşıb. Həm qiymət düşüb, həm də hasilat və ixrac azalır. Bu azalma təbiidir, yataqlar “qocalıb”. Energetika naziri Natiq Əliyev deyib ki, rəsmi Bakı OPEC-lə razılaşmaya əməl edəcək, hasilatı gündəlik 30 min barel azaldacağıq. Hasilat onsuzda azalır. Bu da valyuta bazarına ciddi tədir edir. Təkcə 2016-cı ilinsonunda 1 dollar 2 manata çatdı.Dekabrda banklar dollar satışını dayandırdı, rəsmi məzənnə 1, 84 olaraq qalır. Amma qara bazarda 1.95 və 2 manatdan dollar satışı həyata keçirilirdi. Bu iqtisadi proses və hesablamalardan çıxan qənaət ondan ibarətdir ki, 2017-ci ildə də dollar 1 manat da bahalaşacaq. Artıq iqtisadçı ekspertlərdə bu proqnozu dilə gətirirlər. Onların hesablamalarına görə sərt-pul kredit siyasəti və manatın tam üzən məzənnəyə keçidi 1 dolların 3 manat olacağını diktə edir. Azərbaycan Somalinin iqtisadi taleyini yaşamağa yaxındır. N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.

“Tam “üzən məzənnə”yə keçid vacib və labüddür. Hazırda maliyyə sektoru ilə real sektor arasında pulun tarazlıq qiyməti yoxdur. Yəni maliyyə sektoru istəyir ki, pulu mümkün qədər baha satsın, real sektor isə istəyir ki, ucuz alsın. Bu vəziyyət manatın ucuzlaşması ilə bağlı güclü gözləntidən irəli gəlir – insanlarda bir əminlik var ki, manat sərbəst üzüb tarazlıq məzənnəsini tapmasa, mütləq ucuzlaşacaq. Məhz buna görə hər iki tərəf - həm bank, həm də real sektor pulu xarici valyutaya çevirib saxlamağa üstünlük verir. Təbii ki, bütün bu proses neftin dünya bazarındakı qiymətindən asılı olur”.

Politika.Az

11:48