Manat akula kimi üzür: Elman Rüstəmovun “qara qəpiklik” komisyon fırıldağından faktlar

Elman Rüstəmovun “qara qəpiklik” komisyon fırıldağından faktlarMərkəzi Bank sədri Elman Rüstəmov manatın sürətlə üzdüyü və əhalinin gəlirlərinin azaldığı zamanda da xalqı aldadır.

Mərkəzi Bank banklara nağd pulu daha baha verir. Banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artırır. Getdikcə Mərkəzi Bankın banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tarifləri artırılır. Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Qərarla bağlı olan məktub bütün banklara göndərilib. Məlumatda deyilir: “Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb”.
Mərkəzi Bankın bu qərarı sahibkarlar və vətəndaşlar üçün mənfi haldır. Yəni, əgər indi Elman Rüstəmov banka verdiyi hər 50 manatdan 2,5 qəpik, hər 100 manatdan isə 5 qəpik tuturdusa, bundan sonra müvafiq olaraq 5 və 10 qəpik tutacaq. Beləliklə, bank sisteminin xərcləri yenə artır. Mərkəzi Bank banklara nağd pulu daha baha verəcəksə, deməli, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artıracaq. Halbuki, Mərkəzi Bank haqqında Qanunun 4.3-cü maddəsinə əsasən mənfəət götürmək onun əsas məqsədi deyil. Mərkəzi Bankın verdiyi kreditlər üzrə faizdən başqa haqq tutmağa ixtiyarı yoxdur. Başqa sözlə, Mərkəzi Bankın İdarə Heyəti özbaşınalıq edərək sözügedən tarifləri müəyyən edib tutur.
Hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Çoxsaylı valyuta satan oyunçular olmasa, ölkə ciddi həcmdə valyuta qazana bilməsə, belə vəziyyət uzun zaman davam edəcək.
Bu amili nəzərə alaraq atılan addımı anlamaq mümkündür, amma atılan addım müvəqəti effektə hesablanıb. Bu iqtisadi proses və hesablamalardan çıxan qənaət ondan ibarətdir ki, 2017-ci ildə də dollar 1 manat da bahalaşacaq. Artıq iqtisadçı ekspertlər də bu proqnozu dilə gətirirlər. Onların hesablamalarına görə sərt-pul kredit siyasəti və manatın tam üzən məzənnəyə keçidi 1 dolların 3 manat olacağını diktə edir. Hökumət və iqtisadi bloka daxil nazirlər, o cümlədən Mərkəzi Bank rəhbərliyi maliyyə siyasətində xarakiri etməyə hazırlaşır.

Politika.Az

11:39