"Maliyyə probleminə görə Bakıya gələ bilməyən ölkələrə yardım edəcəyik" - Nazir İslam Oyunlarından danışdı

"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq, nəqliyyat sistemi ilə bağlı işlərə yekun vurulmalıdır. Bu çox vacib bir sistemdir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir xatırladıb ki, Birinci Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu:

"Bu dəfə daha ucuz və sərfəli yollar tapmışıq. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsın, yarış məkanlarına vaxtında çatdırılsınlar. Bu istiqamətdə işlər aparılır. Ümumilikdə bütün komplekslərdə avadanlıqlar var, çatışmayan avadanlıqlar isə artıq sifariş olunub, hər hansı problem yoxdur".

A.Rəhimov deyib ki, əsas məqsəd 57 İslam ölkəsinin hamısının Bakıdakı yarışda iştirakını təmin etmək, bu rekordu vurmaqdır:

"Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ gələ bilmirlər, həmçinin maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu Oyunlara cəlb edək".

xudaferin.eu

18:11