Makedoniyada Azərbaycan icmasının sədrinə yeni vəzifə verildi

 

Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri seçilib.

 

Onu yaxşı tanıyanlar da bilirlər ki, çox Enes İbrahim gənc olmasına baxmayaraq, Avropada tanınan siyasətçilərdən hesab edilir. Bununla yanaşı, Azərbaycanı Balkanlarda fəal müdafiə edən siyasətçilərdəndir. Bu yaxınlarda Almaniyanın Sertouz Beynəlxalq Tədqiqat İnstitutu Makedoniyanın millət vəkillərinin fəaliyyətlərini qiymətləndirmək üçün sorğu keçirib və ən fəal millət vəkili Enes İbrahim seçilib.
Enes İbrahim Avropada bütün türk toplumlarını təmsil edən diaspor təşkilatlalrının uzlaşaraq bir araya gəlməsində çox ciddi rol oynayan gənc siyasətçilərdən biridir. O həm də çağdaş demokratik gəlişim siyasətini müdafiə etməklə, modern demokratik düsturun fəal tərəfdarı kimi də şöhrət qazanmışdır.

Xudaferin.eu
“Avropa Bürosu”

 

 

 

11:20