Maestro Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq

 

Dünya şöhrətli bəstəçi və dirijor, xalq artisti, Dövlət mükafatları Maestro Niyazinin 105 illiyi çərçivəsində maestrolunun adını daşıyan mənzil-muzeyində “Açıq qapı” günü təşkil ediləcək. Bu barədə Maestro Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi avqustun 20-də Fəxri xiyabanda maestronun məzarını və heykəlini ziyarət edəcək, eyni zamanda, bir sıra tədbirlər təşkil olunacaq. “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq. Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.

Xudaferin.eu

23:11