Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 38-ə çatıb

Madaqaskarda “Enavo” qasırğasının qurbanlarının sayı 38 nəfərə çatıb, 180 nəfər xəsarət alıb.

Xudaferin.eu RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə 5 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 116 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib. 

Qasırğa Madaqaskarın şimal-şərq sahillərində fəsadlar törədib. Qeyd edək ki, təbii fəlakət zamanı küləyin surəti saatda 300 km-ə çatıb.

Xudaferin.eu

17:52