Lütfi Zadənin vəziyyəti ağırdır

Dünya şöhrətli alim vəsiyyətində bildirib ki: “Məni Azərbaycanda dəfn edin”

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı. Dünya şöhrətli alimin yeganə övladı Norman Zadə açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib: 

"Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: "Bizdən əsas xahişi o olub ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. Daha sonra, ailə İrana köçüb. Rza Pəhləvi rejiminə qarşı olduqları üçün, ilk öncə Avropaya, daha sonra isə, ABŞ-a köçüblər. O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:44