Lukaşenko Rusiyada keçirilən sammitlərə qatılmadı

Belarus prezidenti Aleksandr Lukashenko Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələri şurasının dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasına getməyib. Kremlin sözçüsü Dimitry Peskov bildirib ki, bu inteqrasiya ilə bağlı məsələlərin müzakirəsini əngəlləməyəcək.

Onun sözlərinə görə, həmin toplantılarda imzalanacaq sənədlər belaruslu tərəfdaşlarla tam razılaşdırılıb və imzalanmaq üçün Minskə göndəriləcək. Bu barədə RBK dekabrın 26-da sammitin təşkili ilə tanış olan 3 mənbəə istinadla xəbər verir. Peskovun sözlərinə görə sammitlər çərçivəsində bir sıra təkbətək görüşlər keçiriləcək.

Svobodnayaradio.com

18:13