"Lukaşenko, çıx get"

 

Belarusda “Tüfeyli olmayanların yürüşü” adlı nümayiş keçirilib. Martın 15-də 2 mindən çox yürüş iştirakçısı “ Lükaşenko, çıx get” şüarı ilə Minsk küçələrindən keçiblər.

Nümayişçilər "tüfeylilərə vergi" qanununa etiraz edirlər. Qanuna görə, işsiz olan və işsizlik idarələrində də qeyddiyata düşməyən 6 aydan sonra cərimə ödəməlidir. Bu da ildə 200 dollar pul edir. Belarusda orta aylıq maaş 380 dollardır. Bir sıra etiraz nümayişlərindən sonra ölkə prezidenti Aleksandr Lukaşenko bu qaydanın icrasını müvəqqəti dayandırdı. Ancaq etirazlar davam edir.

Nümayiş iştirakçısı Anna Tolstıx: “Biz rezervasiyadakı kimi yaşayırıq. Bu, daxili işğal rejimidir. Bizdə konstitusiya, qanunlar yoxdur. Qanunları qorumalı adamların özləri qanunu pozur. Hakimlər qanunu pozur, milis yalandan ifadə verir. Bu, hamısı xalqı ələ salmaqdır. Buna dözmək daha mümkün deyil. Elementar haqlar, işləmək hüququ məhv edilib. İnsanlar yaşamaq üçün pul qazana bilmirlər”.

Yürüşdən sonra milis onlarla iştiraçını saxlayıb.

 

Belarusdakı etirazlar Azərbaycandan necə görünür? Belarusda fikirlər var ki. bütün bunları xarici qüvvələr təşkil edir, o cümlədən Rusiyadan şübhələnirlər. Belə etirazlarda daxili və xarici amillərin rolu nədir?

Politoloq Azər Qasımlı deyir ki, son vaxtlar Rusiya və Belarus arasında münasibətlərin soyuduğunu görmək mümkündür. Politoloq hesab edir ki, indi Belarusda baş verən etiraz aksiyalarında bilavasitə Rusiyanın rolu var. Onun sözlərinə görə, Rusiya ilə Belarus həmsərhəd ölkələr olduğu üçün Rusiyanın bu ölkəyə təsir imkanları böyükdür.

Azər Qasımlı bildirir ki, hətta Belarus hakimiyyətində Rusiyaya yaxın olan şəxslərin də sayı az deyil. Onun fikrincə, Belarus varlı dövlət deyil və illərdir bu vəziyyət dəyişmir. Bu səbəbdən indi belarusların sosial vəziyyətə etiraz etməsi bir qədər şübhə doğurur. Azər Qasımlı deyir ki, bu aksiyaların Rusiya ilə münasibətlərin pisləşməsindən sonra baş verməsi isə burda Rusiyanın əli olması ehtimalını daha da gücləndirir.

Hurriyyet.org

 

 

09:20