Londonda Azərbaycan-Britaniya şeir gecəsi keçirilib

 

Londonda fəaliyyət göstərən tanınmış azərbaycanlı şairə Nigar Həsənzadə tərəfindən Azərbaycan-Britaniya şeir gecəsi keçirilib.

Gecədə Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Şəhriyar kimi Azərbaycanın dahi şairlərinin ingilis dilinə tərcümə edilmiş şeirləri ilə yanaşı, Britaniyanın məşhur şair və yazarları- Elaine Feinstein, Ruth Padel, Fiona Sampson, David Harsentin repertuarlarından əsərlər səsləndirilib.
Qeyd edək ki, İngiltərənin başkəndi Londonda Azərbaycan şeir gecələri artıq böyük bir ənənə halını alıb. Ötən müddət ərzində dəfələrlə şeir gecələri tədbirləri keçirilibdir. Ən maraqlı olan məsələ isə, bu tədbirlərdə həm Güney Azərbaycan, həm də Quzey Azərbaycan ədəbiyyatının ən ünlü simalarının əsərləri səsləndirilibdir.

Xudaferin.eu
İngiltərə, “London Bürosu”

 

09:26