London məhkəməsi “Qazprom”un aktivlərini dondurdu

London Kommersiya Məhkəməsi Rusiyanın “Qazprom” şirkətinin Böyük Britaniya ərazisindəki aktivlərini dondurmaqla bağlı qərar qəbul edib. 

Xudaferin.eu xəbər verir ki, bu, “Qazprom”un 2,6 milyard dollarlıq ödənişinə dair Stokholm Arbitraj Məhkəməsinin qərarının təmin edilməsi üçün gərəkdir.

Məhkəmə qərarından sonra 48 saat ərzində “Qazprom” İngiltərə və Uels ərazisindəki 50 min dollar dəyərində olan aktivlərinin siyahısını “Naftoqaz”a təqdim etməlidir.  

Bundan başqa, “Naftoqaz” “Qazprom”la çalışan 17 banka müraciət edərək, qaydaları pozacaqları təqdirdə cərimə olunacaqları ilə bağlı xəbərdarlıq edib.

Xudaferin.eu

13:59