Litva Rusiyanın hücumuna hazırdır

Litva Rusiyanın hərbi hücumlarının qarşısını almağa hazırdır. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri Litva prezidenti Dalya Qribayskayte “Spiegel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Litvaya hücum ehtimalı yüksəkdir.

“Əgər biz göstərsək ki, özümüzü qorumağa qadirik və istəyirik, o zaman heç kim bizə hücum etməyəcək. Biz psixoloji, siyasi, texnoloji, ürəkdən və ruhən hazır olmalıyıq”, - Qribauskayte vurğulayıb.

Prezident hesab edir ki, Qərb ölkələri Rusiyadan gələ biləcək təhlükəni düzgün qiymətləndirmirlər. 

2017-ci ilin sentyabrında Qribauskayte demişdi ki, Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2017” təlimi zamanı Moskva “qonşu ölkələrə hücum ssenarisi”ni hazırlayıb. 

Xudaferin.eu

14:02