Litva parlamentinin üzvləri Azərbaycanı jurnalistləri azad etməyə çağırıb

 

Deputatlar Əfqan Muxtarlı və Nicat Əmiraslanovu müdafiə edən sənəd imzalayıb

Litva parlamentinin 14 üzvü Azərbaycan hökumətini insan hüquqlarına hörmətlə yanaşmağa və bu yaxınlarda həbs olunmuş iki jurnalisti - Gürcüstanda oğurlanaraq qaçaqmalçılıq və sərhədi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlını və işgəncələrə məruz qalan Nicat Əmiraslanovu azad etməyə çağırıb.

Sənədin təşəbbüsçüləri müxalifətdə olan Vətən İttifaqı və Liberal Alyansın üzvləridir.

Müraciəti imzalayan deputatlar Azərbaycanla parlament əlaqələrinin dəstəklənməsinə cavabdeh olan parlament qrupuna daxildir.

"Azərbaycan öz ərazi bütövlüyündən danışarkən beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu bildirir. Amma ölkə özü də bu prinsiplərə əməl etməlidir", müraciətin təşəbbüsçülərindən biri Arvidas Anusauskas bildirib. Məlumatı Litvanın 15min.lt. İntermet-resursu yayıb. Ancaq ölkədəki hakim Kəndlilər və Yaşıllar Partiyasının heç bir üzvü sənədi dəstəkləməyib. Sənəd Azərbaycanın Vilnüsdəki səfirliyinə göndərilib.

Amerikaninsesi.org

09:14