Lindsi Lohan örpək bağladığı üçün London aeroportunda saxlanılıb

Hollivud ulduzu Lindsi Lohan Londonun Hitrou hava limanında şübhəli şəxs qismində saxlanılıb.

Xudaferin.eu Report-a istinadla xəbər verir ki, aktrisa başına örpək bağladığı üçün əlavə yoxlamadan keçməli olub.

İstanbuldan gələn Lohan Londondan keçməklə Nyu-Yorka gedirmiş.

Aktrisanın sözlərinə görə, o, Türkiyə şəhərində yerli adət-ənənələrə hörmət əlaməti olaraq başına örpək bağlayıb və kənardakıların diqqətini cəlb etməmək üçün onu çıxartmamaq qərarına gəlib.

Xudaferin.eu

15:42