Ələhvazda üsyan, xalq mollakratiya rejiminə qarşı meydanlarda

Bölgədəki etirazların 7-ci günü “Sepah”la ərəblər arasında qanlı toqquşmalar yaşandı

İran mollakratiya rejiminin işğal altında olan milllətlərin məmləkətləri arasında strateji olaraq ən önəmli bölgələrdən biri və böyük neft yataqlarının olduğu Ələhvaz bölgəsidir. Qatı paniranizm və panfarsizm ideyası ilə yüklənmiş Tehran rejiminə qarşı etirazlar hələ də davam edir.

Ələhvazda etiraz aksiyalarının son günlərdə fars rejiminin nizami qolu olan “İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) “aid bir qərargah yandırılıb, onlarla inqilab gözətçisi insanlar tərəfindən döyülüb. “Ölüm olsun farsa”, “Mən məzlüm ərəbəm ” “Suyumu, toprağımı, neftimizi çaldınız, amma hələ mən ayaqdayam  … bu kimi şüarlar etirazçılar tərəfindən səslənib. Ələhvazda etirazlarının 7 ci günündə “Sepah” qüvvələri ilə ərəblər arasında qanlı toquşmalar yaranıb

Etiraz eyləmləri 7-ci günündə Ələhvazın başkəndi Əhvazdan sonra digər şəhərlərə də baş tutub. Əhvazla yanaşı, bölgənin Fəlahiyə Muhəmmərə ,Gəçsaran və başqa şəhərlər də neçə gündür ayaqdadır.

Etirazların genişlənməsi ilə bağlı bölgədə internet xətti kəsilib və valilik qarşısında aksiyalar qadağan edilib. Aksiyalarda molla rejiminin təhlükəsizlik güclərinin müdaxiləsi nəticəsində Həsən əl-Bogbiş adlı bir nümayişçinin həyatını itirib.

Mollakratiya rejiminin “İnqilab gözətçi”lərinin döyülməsindən sonra prezident Həsən Ruhani Ələhvaz valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib.

Fars rejiminin başı olan molla Əli Xamneyi də bu eyləmlərin uzanmasından qorxuya düşərək hökuməti təcili olaraq bölgədə keçirilən aksiyaların genişlənməməsi üçün tədbirlər görməyə çağırıb. Terrorçu hərbi birləşmə kimi dünyada tanınan “Sepah” təhlükəsizlik məntəqələrinə yaxınlaşanların həbs olunacağını açıqlayıb. Dövlət TV kanalları isə bölgədə baş vermiş olayları susqunluqla qarşılayır.
Tehran rejimi tərəfindən farslaşdırılmış Xuzistan vilayəti kimi qəbul edilən Ələhvaz bölgəsi Orta Doğunun ən zəngin neft yataqları kimi tanınır. Özəlliklə də Əhvaz şəhəri Ələhvaz vilayətinin mərkəzi kimi ən iri neft emalı fabriklərinə malikdir. Burada həm də iri neft məhsulları və kimya sənayesi mallarının emalı fabrikləri də çoxluq təşkil edir. 1925-ci ildə hakimiyyətə gələn Rza Pəhləvi tarixdə ilk dəfə paniranizm və panfarsizm siyasətini açıq şəkildə dövlət siyasətinə çevirmişdir. Bu proses son 38 ildə mollakratiya rejimi tərəfindən davam etdirilməkdədir. Düz 92 ildir ki, Ələhvaz bölgəsində farslaşdırma siyasəti dövlət proqramının tərkib hissəsi kimi sayılır. Ancaq, burada yaşayan 8 milyonluq ərəb əhalisi daim buna öz etirazlarını bildirməkdədir. Ötən ay Əhvazda ən iri neft boru xətlərindən biri partladıldığı zaman bu olayı “Əlhəvaz Azadlıq Ərəb Mübarizə Hərəkatı” öz üzərinə götürdü. Bu təşkilatın açıqlamasında o da qeyd olunurdu ki, bölgə əhalisi dünyanın ən ağır şərtləri altında yaşamağa məhkum edilib. Dünyada havası iqlim şəraitinə görə ən zəhərli bölgə Əhvaz şəhəri hesab olunur. Halbuki, İran adlı ölkənin ildə əldə etdiyi 700 milyard dollar gəlirin 90 faizi məhz Ələhvaz bölgəsinin payına düşür. Bu qurum onu da bildirib ki, 2017-ci il Tehran mollakratiya rejimi üçün Ələhvaz bölgəsi ölüm meydanına çevriləcək.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

19:03