Leyla Yunus dünya demokratiyasının inkişafı üçün Avropada görüşlərini davam etdirir

Ötən il dekabr ayının 2-də Brüsseldə Avropa Birliyi və hüquq müdafiəçilərinin 18-ci Forumunda “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus AB xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federika Mogherini və digər rəsmilərlə görüşlər keçirib. Azərbaycanda, eləcə də beynəlxalq aləmdə insan haqlarının müdafiəçisi kimi tanınmış Leyla Yunus ölkəmizdəki siyasi məhbuslar problemi və insan haqlarının qorunması istiqamətində bütün beynəlxalq qurumlarla əlaqələrin müasir standartlara cavab verməsi istiqamətində effektibv təsir texnologiyaları haqqında araşdırmalar da aparır.
Leyla Yunus Avropadakı bütün beynəlxalq qurumlarla görüşlərində Azərbaycanda bu gün gerçək siyasi məhbusların sayının 160-ı ötdüyünü də açıqlayıb. Leyla Yunus eyni zamanda Azərbaycanda məhbuslarla bağlı işgəncələr haqqında zəruri sənədləri beynəlxalq qurumlara təqdim edib.
Hal-hazırda Hollandiyada səfərdə olan “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı, “Konfliktologiya İnstitutu”nun rəhbəri Arif Yunus Azərbaycanda, Qafqazda və dünyada siyasi məhbus problemləri və həbsxanalarda işgəncələrlə bağlı mühüm araşdırmalar aparmaqla, regional konfliktlərin həlli yönündə  bir sıra yeni texnologiyaların və innovasiyaların tətbiqi, sülh və demokratiyanın avtoritar rejim şəraitində yaşayan xalqlara dəstək üçün yeni proyektlər üzərində çalışırlar. Bütün bunlarla yanaşı, eyni zamanda Avropa turnesində Azərbaycan diaspor nümayəndələri və fəalları ilə görüşlər də keçirirlər. 

Xudaferin.eu
 

18:10