Leş ət, qurd, qlütamat, Şeyxin halallıq verməməsi...

 

“Halal nemət, min bir bərəkət”ə ittihamlar

 

“Səhliyalı” kolbasa-sosiska məmulatları istehsal edir. Şirkət bazara “Halal nemət, min bir bərəkət” brendi ilə çıxır. Amma müəssisəsinin istehsal etdiyi məhsulların halal nemət olmasına ciddi şübhələr var. Buna səbəb alıcıları çaş-baş vəziyyətində qoyan “Səhliyalı” haqda yayılan xəbərlərdir. İstehlakçı mağazadan evinə “Halal nemət, min bir bərəkət” kolbasası alıb aparmaq istəyir.

Efirdə gecə-gündüz reklamı gedən bu məhsulun keyfiyyəti və mənşəyi haqda inam yaranır. Ancaq alternativ informasiya mənbəyi efirin əksini danışır. Bu şirkətin məhsullarının halal olmadığı, Qafqaz Müsəlmanlar İdarəsinin sertifikatı vermədiyi üzə çıxır. Bundan əlavə, mətbuat informasiya mənbəyidir və istehlakçı, oxucu səhih məlumat tələb edir. Efirdəki doğrudur, yoxsa yazılı mətbuatdakı? “Səhliyalı” şirkəti isə müştəriləri inandırmalıdır ki, istehsal etdiyi məhsulu alıb yemək olar. Axı bu məhsulu ailəmizə, övladımıza alırıq.

Məsələn, virtualaz.org yazıb ki, “Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var. Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir. Bu şirkətin məhsul istehsal etmək üçün aldığı ətin haradan gətirilməsi haqda dəqiq məlumat yoxdur. Bu haqda şirkətin rəsmi sahliyali.com saytında da məlumat yerləşdirilməyib.

Qeyd edək ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərə qoyulan tələblərdə həmin vasitələrin halal mənbələrdən olmalı və istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir (AZS 731 standartı). “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən “Səhliyalı” şirkəti də leş ətlərdən gen-bol istifadə edildiyi yazılın.

Biz bu iddianın nə dərəcədə doğru, nə dərəcə yalan olduğu barədə bir fikir deyə bilmərik. Bu, yalnız o zaman mümkün olar ki, şirkət jurnalistləri istehsal prosesi ilə tanış edər. Hətta şirkət qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Həmçinin, bir üddət əvvəl "Halal nemət, 1000 bərəkət" markalı məhsulun içindən qurd şçıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Şirkətin "Halal nemət, 1000 bərəkət" markalı "Sacüstü sosiskaları"nın içindən qurd tapan istifadəçi məhsulun şəklini çəkərək sosial şəbəkələrdə yayıb. Bütün bu neqativ faktorlar istehlakçıda şübhələr yaradır ki, bu firmanın məhsulunu almaq olar yoxsa yox?! Qarşı tərəfi dinləyib mövqeyini aydın şəkildə yazmağa hazırıq.
 

Politika.Az

 

11:18