Leninin Kiyevdəki sonuncu heykəli uçurulub

 

Ukraynanın paytaxtı Kiyev şəhərində Leninin sonuncu heykəli uçurulub.

Kiyev şəhər sakinləri paytaxtın Qolosevski rayonunun Kozackoy küçəsində Leninin heykəlini uçuraraq bir neçə hissəyə bölüblər. Ukrayna dövlət bağımsızlığına qovuşan gündən bu ölkədə bəşəriyyətin ən qatı qatillərindən biri sayılan, “Sovetlər Birliyi” adı altında xalqlar həbsxanasının yaradılmasının memarı hesab olunan  Vladimir Leninin heykəllərinin, muzeylərinin və onunla bağlı olan digər keçmişin mirasını demontaj edilməsinə qarşı ən çox Rusiya yönlü qüvvələr olmuşlar. Onlar elə düşünürdülər ki, V. Leninə qarşı olmaq həm də Rusiyaya qarşı dərin nifrət tonları ilə aparılan dərin siyasətlə bağlı olmuşdur.
Rusiyanın özündə bir sıra bölgələrdə V. Leninin iri şəhərlərdə bu gün hələ də heykəlləri qalmaqda və hətta yerli hökumətlər tərəfindən qorunmaqdadır. Leninin adını daşıyan küçə və prospektlər, meydanlar və parklar xüsusi qaydada qorunub saxlanılır.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

 

09:49