Le Penin partiyasında "Yəhudi Soyqırımı" sarsıntısı

 

Marine Le Penin prezident seçkilərinin ikinci turundan əvvəl Milli Cəbhə Partiyasından istefa verməsindən sonra müvəqqəti olaraq sədrlik edən Jean-François Jalkh istefa verdi. Marine Le Penin prezident seçkilərinin ikinci turundan əvvəl Milli Cəbhə Partiyasından istefa verməsindən sonra müvəqqəti olaraq sədrlik edən Jean-François Jalkh cəmiyyətin "Yəhudi Soyqırımı" ilə bağlı söylədiklərinə reaksiyası ilə istefa verməyə məcbur oldu.

 

"Le Monde" qəzetində çıxan və 2000-ci ildə olan bir söhbətdə Jalkhın "Yəhudi Soyqırımı" zamanı istifadə edildiyi bildirilən qaz növünün o şəkildə istifadə edilməsinin mümkün olmadığını iddia etməsi yenidən gündəmə gəldi. Milli Cəbhə Partiyasından verilən açıqlamada partiyanın beş sədr müavinindən biri olan Steeve Brioisun Jalkhın yerinə müvəqqəti sədr təyin olunduğu bildirilir.

Le Pen "Yəhudi Soyqırımı" ilə bağlı məsafəli davranmağa çalışmış və "Yəhudi Soyqırımı barəsində" "tarixdə bir detal" deyən atası Jan-Mari Le Penin də partiyadan çıxarılmasını təmin etmişdi.

Digər tərəfdən, Marine Le Pen seçki kampaniya zamanı 1942-ci ildə təxminən 13 min yəhudinin Parisdən toplanaraq nasist düşərgələrinə aparılmasına görə Fransanın deyil, o vaxtkı hökumətin məsuliyyət daşıdığını dilə gətirərək başqa bir mübahisəyə yol açmışdı.

Bununla yanaşı, prezident seçkilərinin ikinci mərhələsinin digər namizədi Emmanuel Macron "Yəhudi Soyqırımı" məsələsində ziddiyyətli bəyanatları olan Milli Cəbhə Partiyası üzvlərini və keçmiş lideri Le Peni sıxışdırmaq məqsədilə 1944-cü ildə 642 yəhudinin nasistlər tərəfindən qətlə yetirildiyi Oradour-sur-Glane qəsəbəsinə getdi.

Xudaferin.eu
Fransa, “Paris Bürosu”

21:32